Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Müğənni Zamiq Hüseynov Bakıda və xarici ölkələrdəki rayderini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Həmin Zaur" verilişində danışıb. O, qatıldığı toylardakı tələblərindən bəhs edib:
"Rayderlərdə istəklərimə uyğun fərqli şeylər olur. Xaricdə otel olduğu üçün tam başqa tələblər olur. Qarşılanma, məskunlaşma və s. şeylər. Getdiyim tədbirlərdə isə özəl məqamlar var. Məsələn, öz otağım olmalıdır. Bir çox şeylər var ki, onları tələb edirəm. Amma öhtəsindən gələ bilməyəcəkləri şeyləri istəmirəm. Çox sadə və özüməməxsus şeylərdir".