sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Albaniya çempionatında XXI turun oyunları davam edir.
Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını geydiyi "Eqnatiya" səfərdə "Tirana" ilə qarşılaşıb.
Qarşılaşma "Eqnatiya"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zamiq bu oyunda meydana çıxmayıb. O, ehtiyatda qalıb.
Qeyd edək ki, "Eqnatiya" hazırda turnir cədvəlində 36 xalla liderdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.