Zamiq oynadı, komandası...

01.09.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Albaniya çempionatında 2-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" da növbəti oyununu keçirib.

Sözügedən komanda tur çərçivəsində səfərdə "Vora" ilə qarşılaşıb. Görüş həmyerlimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Zamiq start heyətində meydana çıxıb və sona qədər oynayıb.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Eqnatiya” maksimum nəticə ilə turnir cədvəlinin zirvəsində qərarlaşıb. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью