Zamiq oynadı, komandası liderliyə yüksəldi

27.01.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb. Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb.

Zamiq bu görüşə ikinci hissədə – 71-ci dəqiqədə daxil olub.

“Eqnatiya” çempionatda 22 turdan sonra 39 xalla 1-ci sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью