Zamiq Yunisov Showplus TV nin rəhbəri təyin olundu

23.01.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Audiovizual media sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, Audiovizual Şuranın müvafiq qərarı ilə Zamiq Yunisov Showplus TV televiziya kanalına rəhbər vəzifəsinə təyin edilib.
Rəsmi təyinat kanalın fəaliyyətinin daha səmərəli təşkil edilməsi, idarəetmə mexanizmlərinin gücləndirilməsi, eləcə də proqram və yayım siyasətinin mövcud normativ-hüquqi tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, Zamiq Yunisov media və televiziya sahəsində uzunillik peşəkar təcrübəyə malikdir. O, müxtəlif dövrlərdə media qurumlarında və layihələrdə rəhbər və icraedici vəzifələrdə çalışıb, audiovizual media sahəsində idarəetmə və təşkilati bacarıqlarını praktik fəaliyyəti ilə təsdiqləyib.
Yeni rəhbərlik dövründə Showplus TV-də yayım keyfiyyətinin artırılması, proqram siyasətinin milli media maraqlarına uyğun formalaşdırılması, struktur idarəetmənin təkmilləşdirilməsi və kadr potensialından daha səmərəli istifadə əsas prioritetlər kimi müəyyən edilib.
Bildirilir ki, təyinat Audiovizual Şuranın təsdiqi əsasında həyata keçirilib və Zamiq Yunisov rəhbər vəzifəsinin icrasına qərarın qüvvəyə mindiyi tarixdən etibarən başlayıb. (Tribuna.az)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью