Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Zamiq Hüseynovun idmandan sonrakı vaxtı onun həyatında xüsusi önəm daşıyırmış.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə bildirib.
"İdmanın ən sevdiyim məqamlarından biri məşqdən sonrakı vaxtdır. Nə idmana gedərkən, nə əvvəli, nə də ortasıdır. Məhz idmandan sonrakı o 3-4 saatlıq vaxtdır. Hansısa görüşə, tədbirə gedirsən və enerji, xoşbəxtlik hormonları o qədər artır ki, insan istəyir, nəsə yaradıcı bir işlə məşğul olsun.
İdmandan sonrakı o 3-4 saatlıq vaxt gündəlik həyatımda ən sevdiyim saatlardan biridir. Məni ən çox xoşbəxt edən məqamlardandır. Ona görə də idman artıq həyat tərzimə çevrilib və ən sevdiyim məşğuliyyətlərdən biridir. Sizi də idmana dəvət edirəm" deyə, Zamiq bildirib.