Zamiqin komandası finalda

24.04.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Albaniya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Partizani”ni məğlub edərək finala yüksəlib. Əliyevin komandası finalda Tirana “Dinamo”suna rəqib olub.

Matça start heyətində başlayan Zamiq sona qədər meydanda olub.

Albaniya Kuboku

Yarımfinal

23 aprel

Partizani – Eqnatia 0:2

Qollar: A.Xemajli, 77, S.Quindo, 94

İlk oyun – 1:0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью