Zamiqin komandası liderliyini davam etdirir

31.03.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Albaniya Superliqasında 32-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Bylis"in qonağı olub. Qarşılaşma "Eqtaniya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev matça start heyətində başlayıb və sona qədər meydanda qalıb. O, görüşün 66-cı dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra xallarını 58-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir. İkinci yerdə olan Tirana "Dinamo"sunun 54 xalı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью