Zamiqin komandasından darmadağın

18.01.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Albaniya çempionatında XXI turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” səfərdə “Tirana”nı 4 cavabsız qolla darmadağın edib.

Zamiq matçın başlanğıcından sona qədər ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, “Eqnatiya” hazırda aktivindəki 36 xalla turnir cədvəlinə liderlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью