Zamiqin komandasından heç heçə

15.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Albaniya Super Liqasında XXX turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” evdə “Tirana”nı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə sona çatıb. Matça start heyətində başlayan Zamiq sona qədər meydanda olub. 23 yaşlı müdafiəçi oyunun 45+4-cü dəqiqəsində sarı vərəqəylə cəzalandırılıb.

Aktivində 54 xalı olan “Eqnatiya” hazırda turnir cədvəlinə liderlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью