Zamirə Ədilova: “Qrip əleyhinə peyvəndə maraq getdikcə artır”

13.10.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayınadək tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.

Onun sözlərinə görə, peyvənd olunanlardan 4 min 431 nəfəri 0–17 yaş arası, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlardır.

“Bu rəqəmlər göstərir ki, insanlar artıq öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşırlar. Peyvəndə etimad və maraq getdikcə artır. Bu, bizim üçün çox sevindirici göstəricidir”, – deyə Zamirə Ədilova vurğulayıb.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью