Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb.
KONKRET.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur.
Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.
Bildirilib ki, payızda aktivləri satmaq üçün London Ali Məhkəməsi tərəfindən qəyyum təyin edilib və satış üçün onlayn reklamlar fevralın sonundan etibarən yayımlanmağa başlayıb.
1990-cı illərin əvvəllərində hazırlanan Qolf klubu bazarda 4,75 milyon funt-sterlinqədir: Naytsbrik “Walton Street”də yerləşən dəbdəbəli ev isə 14,75 funt-sterlinqə satışa qoyulub.
Malikanə Harrodsdan beş dəqiqəlik məsafədədir: Qeyd edək ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) keçən il sözügedən qolf klubu və evin fırıldaqçılıq, mənimsəmə, saxta qeydiyyat, habelə, çirkli pulların yuyulması yolu ilə əldə edildiyini açıqlamışdı.