Zampollidən təklif: İran millisini İtaliya əvəz etsin

23.04.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli 2026-cı il dünya çempionatında İranın İtaliya ilə əvəz olunmasını təklif edib.

"Yeni Sabah" Guardian-a istindla xəbər verir ki, o, təklifinə belə izah gətirib:

"Mən İtaliyada doğulmuşam, əslən italyanam. Ona görə də İtaliyanı ABŞ-nin ev sahibliyi etdiyi turnirdə görməyi arzulayırdım. O, Dünya Kubokunda yer almaq üçün bütün lazımi keyfiyyətlərə malikdir".

Xatırlatma: İran Dünya Kubokunun G qrupunda Belçika, Yeni Zelandiya və Misirə qarşı mübarizə aparacaq.

İtaliya millisi pley-offda Bosniya və Herseqovinaya məğlub olaraq mundiala vəsiqə qazana bilməyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью