Zanetti Olimpiya məşəlini daşıdı Şəkillər

04.02.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Zanetti Olimpiya məşəlini daşıdı - Şəkillər

İtaliyanın “İnter” klubunun vitse-prezidenti Xavyer Zanetti üçün əlamətdar gün yaşanıb. 

QOL.az klubun saytına istinadən xəbər verir ki, fevralın 3-də argentinalı futbol funksioneri Milano–Kortina 2026 Qış Olimpiya Oyunları çərçivəsində Olimpiya məşəlini daşıyanlar sırasında yer alıb.

Zanetti Olimpiya Alovunun 58-ci mərhələsində iştirak edib. Məşəlin səyahəti fevralın 6-da Milanda keçiriləcək açılış mərasimi ilə yekunlaşacaq.

Günün mərhələsi Komo gölü sahilində başa çatıb. Piazza Cavour meydanında Olimpiya qazanı alovlandırıldıqdan sonra Zanetti məşəli Çernobbioya çatdırıb. Daha sonra məşəl tarixi “Patria” bərəsi ilə göl boyunca yoluna davam edib.

Qeyd edək ki, yaxın günlərdə “İnter”in baş məşqçisi Kristian Kivu da Olimpiya məşəlini daşıyanlar arasında olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью