Zanyolo harda qərar tutacaq?

22.06.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Nikolo Zanyolo növbəti mövsümə İtaliyanın nəhəng klublarından birində başlaya bilər.

"Football-plus.az" xəbər verir ki, italiyalı yarımmüdafiəçi “Udineze”dəki məhsuldar mövsümdən sonra bir sıra klubların maraq dairəsinə düşüb.
“Tuttosport” nəşrinin məlumatına görə, 26 yaşlı futbolçu uğrunda “Yuventus”, “Komo” və “Milan” klubları mübarizə aparırlar. Transferin reallaşmasında əsas maneə isə maaş məsələsidir. Belə ki, Zanyolo hazırkı qazancından illik 600-700 min avro daha yüksək məvacib tələb edir.
“Yuventus” transferi həyata keçirmək üçün Vasiliye Aciçin də daxil olacağı mübadilə variantını nəzərdən keçirir. Bununla yanaşı, “Udineze” rəhbərliyi futbolçunu omandada saxlamaq niyyətindədi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью