Zanyolo Romadan qisasını bu cür aldı | Icma.az
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliya çempionatının 14-cü turunun son oyununda ''Roma'' ''Atalanta''nı qəbul etdi.Əla formada olan Berqamo təmsilçisi çətin səfərdə 2:0 hesabı ilə üstün olaraq qələbə seriyasını davam etdirdi.
Matçın ən çox müzakirə edilən futbolçusu isə Nikolo Zanyolo oldu.
Bilindiyi kimi Zanyolo bir neçə il ''Roma''nın şərəfini qoruyub və ulduzu da məhz burda parlayıb.
Amma o, 2022/23-ün qış fasiləsində çox qalmaqallı şəkildə paytaxt təmsilçisindən ayrılaraq ''Qalatasaray''a yollanmışdı.
Ardınca ''Aston Villa''da da top qovan 25 yaşlı futbolçu bu yay ''Atalanta''ya transfer olundu.
Zanyolo ''Roma'' ilə qarşılaşmanın 64-cü dəqiqəsində yerli fanatların etirazları, fit sədaları və təhqiramiz ifadələri altında meydana çıxdı.
Bu şərtlər altında oynamasına baxmayaraq o, 89-cu dəqiqədə qol vuraraq yekun nəticəni müəyyənləşdirdi.
Tam oxu
Xəbəri oxu