Zaporojya Atom Elektrik Stansiyasında tüstülənmə

14.08.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bir gün əvvəl Zaporojya Atom Elektrik Stansiyasının soyuducu qüllələri yaxınlığında yanğın xəbərindən sonra qrupların tüstülənmə müşahidə edildiyini açıqlayıb.

525.az xəbər verir ki, MAQATE-nin rəsmi internet saytında verilən açıqlamada Zaporojya AES-də mövcud vəziyyətlə bağlı məlumat paylaşılıb. Belə ki, AES-in soyuducu qüllələri yaxınlığında yanğın baş verməsi barədə məlumatlardan sonra MAQATE qrupları ərazidə tüstülənmə müşahidə ediblər.

Qeyd edək ki, araşdırma hadisənin stansiyanın nüvə təhlükəsizliyinə heç bir təsir göstərmədiyini, insan tələfatının və radiasiya səviyyəsində artımın qeydə alınmadığını ortaya qoyub.

Məhəmməd Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью