Zaporojyaya 771 hücum: Son sutkada 19 nəfər yaralanıb

26.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiya qüvvələri son sutka ərzində Zaporojya vilayətinə 771 zərbə endirib, nəticədə 19 nəfər yaralanıb.

Bakıvaxtı.az Ukrinform-a istinadla xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri İvan Fedorov məlumat verib.

Qeyd edilib ki, 21 yaşayış məntəqəsi hava zərbələri, PUA hücumları, MLRS və artilleriya atəşinə məruz qalıb.

Hücumlar nəticəsində yaşayış evlərinə, nəqliyyat vasitələrinə və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Xatırladaq ki, bölgədə gecə saatlarında baş verən əvvəlki hücumda da 18 nəfər xəsarət almışdı.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью