Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinin 14 yaşayış məntəqəsini atəşə tutması nəticəsində iki nəfər ölüb, 11 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, sutka ərzində Zaporojye vilayətinin 14 yaşayış məntəqəsinə 679 zərbə endirilib.