Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin 54 yaşayış məntəqəsinə endirdiyi intensiv zərbələr nəticəsində aralarında uşaq da olmaqla 16 dinc sakin yaralanıb.
XQ xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov rəsmi teleqram kanalında məlumat yayıb.
İ.Fedorovun sözlərinə görə, son sutka ərzində Rusiya ordusu vilayət ərazisinə ümumilikdə 1011 zərbə endirib. Hücumların əsas hədəfi olan Zaporojye şəhəri və ətraf rayonda törədilən dağıntılar nəticəsində 16 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Vilayət rəhbəri gecə saatlarında Rusiya qüvvələri tərəfindən bölgəyə 17 aviasiya zərbəsinin endirildiyini dəqiqləşdirib. Bundan əlavə, hücumlar zamanı müxtəlif modifikasiyalı 691 pilotsuz uçuş aparatından (PUA) istifadə edildiyi qeydə alınıb.