Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumu həyata keçirməsi nəticəsində 3 nəfər həlak olub, 1-i yaralanıb.
XQ xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirildiyinə görə, hava zərbəsi nəticəsində dördmərtəbəli binada yanğın baş verib. Xilasedicilər alovu söndürüblər.
Xilasetmə əməliyyatları zamanı 2 nəfər xilas edilib.
Hücumun nəticələri aradan qaldırılır.