Zaporojyedə rusların hücumu dayandırılıb

13.11.2025

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun irəliləməsini dayandıra bilib. Ukrayna qüvvələri düşməni bloklamağa çalışır. Buna qədər Rusiya işğalçı qüvvələri Ukrayna hissələrini beş yaşayış məntəqəsi ətrafında geri çəkilməyə məcbur edib.

“AzPolitika” xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin yerli mediaya açıqlamasında deyib.

"Həqiqətən də, düşmənin bir neçə yaşayış məntəqəsindəki hücumları nəticəsində xüsusən də Novouspenovskoye, Novoye, Oxotniçye, Uspenovka və Novonikolayevkadakı mövqelərimizdən daha əlverişli mövqelərə çəkilməyə məcbur olduq. Amma indi düşməni dayandırmışıq", - deyə sözçü bildirib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью