Zaporojyeyə aviazərbə nəticəsində azı 9 nəfər həlak olub AZƏRTAC

07.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kiyev, 7 dekabr, AZƏRTAC

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə AZƏRTAC Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

"Doqquz ölü və altı yaralı" - deyə Fedorov “Telegram” səhifəsində yazıb. O, həmçinin əlavə edib ki, xəsarət alanlar arasında 4 və 11 yaşlı iki azyaşlı da var.

Xatırladaq ki, dekabrın 6-da axşam saatlarında Zaporojye vilayətində partlayışlar baş verib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью