Zaqatala nın baş məşqçisi Səbail lə oyundan öncə belə danışdı

04.02.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Futbol üzrə Azərbaycan 1-ci Liqasında qış fasiləsi fevralın 5-də başa çatacaq. Bu tarixdə 13-cü tur start götürəcək. Çempionluq uğrunda mübarizə aparan "Səbail" "Zaqatala"nın qonağı olacaq. Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səbail" yaxşı futbolçulardan qurulmuş ciddi rəqibdir. Oyunun ağır keçəcəyi bəllidir. Matça yaxşı hazırlaşırıq. Məqsəd öz meydanımızda onlardan xal almaqdır".

Qeyd edək ki, "Səbail" 1-ci Liqanın turnir cədvəlində 22 xalla 3-cü, 17 xala malik "Zaqatala" isə 5-ci pillədə mövqe tutub.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью