Zaqatala nın planları dəyişdi SƏBƏB

28.09.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1-ci Liqa təmsilçisi "Zaqatala"nın hazırlıq planlarında dəyişiklik olub.

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Rakif Əliyev məlumat verib:

"Millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində Premyer Liqa komandalarından biri ilə sınaq matçına çıxmaq istəsək də, uyğun vaxtda belə bir rəqiblə qarşılaşmaq planımız həyata keçmədi. "Şəfa" ilə oktyabrın 4-də oynamaq variantı var idi. Lakin bu tarix bizim üçün münasib deyil. Çünki oktyabrın 8-də çempionatın 4-cü turu çərçivəsində "Şahdağ Qusar"la səfər matçına çıxmalıyıq. Bu səbədən sentyabrın 30-da ikitərəfli oyun keçirəcəyik".

Xatırladaq ki, ilk 3 oyuna 4 xal toplayan "Zaqatala" turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub.

Nihat  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью