Zaqatala rayonunda yol nəqliyyat hadisəsi baş verib

26.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, küçələrin birində "Opel" və VAZ-21015 avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü, 1991-ci il təvəllüdlü Pərvin İbrahimov və sərnişini, 1976-cı il təvəllüdlü Lazım İbrahimov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью