Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb

25.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Zaqatala rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью