Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Bu barədə XQ-yə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunub. Əməliyyata xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.