Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb AZƏRTAC

24.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaqatala, 24 yanvar, AZƏRTAC

Zaqatala şəhər sakini, 39 yaşlı İlkin Məmmədov Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir müddət sonra ölüb.

AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, İlkin Məmmədov axşam radələrində ağır formada tənginəfəs əlamətlərlə xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olub.

Həkimlər ilkin müayinə aparıb, müalicəyə başlasalar da İlkin Məmmədovda ani ölüm qeydə alınıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью