Zaqatala və Qaxın 10 a yaxın kəndində İŞIQ yoxdur VİDEO

21.02.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Güclü qar və külək səbəbindən Zaqatalanın və Qaxın bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Zaqatalanın Dardoqqaz, Muxax, Tala və bir çox kəndlərində eyni zamanda rayonun mərkəzində, Qaxın Qaratala, İbaxlı, Kötüklü, Baydarlı, Oncalı  kəndlərində  elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qax rayonunun Qaratala, kənd sakinlərinin sözlərinə görə,  evdə istiliyinin elektrik enerjisi olduğundan çətinliklər yaranıb. 
Qaratala kənd sakini Bənövşə Abdullayeva Bizim.Media-ya bildirdi ki, evdə istilik kombi sistemi ilə təchiz olunub. Üstəlik suyun qızdırılması da bu sistemlə təmin olunur. Amma dünən gecədən işıqların kəsilməsi evdə istiliyin olmamasına və digər təminatlarda çətinliyə səbəb olub. 
Qeyd edək ki, sözügedən rayonlarda qarın hündürlüyü 60-70 sm-ə çatır. 







Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью