Zaqatala xəstəxanasında daha bir uşaq ölümü

13.11.2024

Icma.az bildirir, Medicina portalına istinadən.

Zaqatalada daha bir azyaşlı xəstəxanada ölüb.



"Medicina" xəbər verir ki, axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində rayonun Çobankol sakini 2 yaşlı Bəxtiyar Maarif oğlu Əliyev dünyasını dəyişib.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları xəstəxanada araşdırma aparır.

Qeyd edək ki, ötən günlərdə Zaqatalada yeni doğulan körpə ölmüşdü.

MEDİCİNA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью