Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Zaqatalada daha bir azyaşlı xəstəxanada ölüb.
Hadisə ötən gün axşam saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində qeydə alınıb.
Rayonun Çobankol kəndindən olan 2 yaşlı Bəxtiyar Maarif oğlu Əliyev həyatını itirib.
Moderator.az xəbər verir ki, bu, rayonda noyabr ayının 1-dən 12-nə kimi xəstəxanada baş verən 4-cü ölüm halıdır.
11 gün ərzində 4 azyaşlının həyatını itirməsi konkret həyəcan təbilinin çalınmasını zəruri edir.
Eyni zamanda bölgələrdə fəaliyyət göstərən tibb personalının peşəkarlıq səviyyəsinin və xəstəxanaların şəraitinin araşdırılması üçün ciddi əsas yaradır.
Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış həkim-cərrah Adil Qeybulla bildirib ki, ölümün səbəbi haqqında rəy əldə etmədən konkret fikir bildirmək mümkün deyil.