Zaqatalada 141 nəfər könüllü qan verib

21.04.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaqatala, 21 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusunda aprelin 21-də təşkil edilən növbəti qanvermə aksiyasında 141 nəfər könüllü qan verib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Respublika Qan Bankının həkim briqadası tərəfindən həyata keçirilən aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.

Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Respublika Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью