Zaqatalada 16 yaşlı oğlan bıçaqlanıb

03.04.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaqatalada bıçaqlanma olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.

Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

N.Z-nin Əliabad tam orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью