Zaqatalada 2 avtomobil toqquşub, xəsarət alan var

09.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zaqatalada iki minik avtomobili toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 122-ci kilometrliyində, Yuxarı Tala kəndi ərazisində baş verib.
Zaqatala sakini 2000-ci il təvəllüdlü Emil Qurbanovun idarə etdiyi “VAZ-2115” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi “VAZ-2106” maşın toqquşub. "VAZ 2106"nın sürücüsü Elvin Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью