Zaqatalada 2 maşın toqquşdu Xəsarət alanlar var

07.02.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alan var.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Mamrux kəndinin ərazisində baş verib.

Eyni istiqamətdə hərəkət edən “Opel” markalı avtomobil arxadan “Honda” markalı avtomobilə çırpılıb. Qəza zamanı Opelin sürücüsü 1987-ci il təvəllüdlü Zaqatala rayonu Mamrux kənd sakini Rafael Əhməd oğlu Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью