Zaqatalada 22 yaşlı gənc həmkəndlisini bıçaqlayıb

21.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Zaqatalada 22 yaşlı gənc həmkəndlisini bıçaqlayıb.

APA-nınn Şimal-qərb bürosunun məlumatına görə, dekabrın 20-dən 21-ə keçən gecə rayonun Faldar kənd sakini, 1999-cu il təvəllüdlü T. Səfərov sol budun kəsilmiş açıq yarası diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə korpusuna daxil olub.

Müayinə zamanı T. Səfərovun həmkəndlisi 2002-ci il təvəllüdlü V. Kərimovla aralarında yaranan şəxsi münasibətlər zəminində bıçaqlandığı məlum olub. T. Səfərov əməliyyat olunub, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью