Zaqatalada 24 yaşlı şəxs bıçaqlandı

09.12.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью