Zaqatalada 25 yaşlı gənc bıçaqlandı: Saxlanılan var

21.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Dekabrın 21-i gecə saat 1 radələrində Zaqatala rayonunun Faldarlı kəndi ərazisində 2002-ci il təvəllüdlü V.Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi 1999-cu il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirib.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью