Zaqatalada 30 yaşlı şəxs bıçaqlandı

09.12.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью