Lent az saytına istinadən Icma.az xəbər verir.
Zaqatalada 4 otaqlı evdə yanğın olub.
Lent.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Muxax kəndində qeydə alınıb.
Kənd sakini Mübariz İsayevə məxsus 4 otaqlı fərdi yaşayış evində yanğın olub. Yanğın nəticsəində evin dam örtüyünün 60 kv/m-lik sahəsinin və 30 kv/m-lik 1 otağın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.