Zaqatalada 44 yaşlı qadını maşın vurdu

11.04.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaqatalada 44 yaşlı qadını avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, şəhər sakini 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью