Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala şəhər sakini 79 yaşlı Xəlil Mustafayev oktyabrın 13-ü günorta saatlarında yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Ailə üzvüləri bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat veriblər.
Hazırda X. Mustafayevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.