Zaqatalada ağır qəza: Bir nəfər öldü

15.06.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, qəza günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun Çobankol kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 50 yaşlı Zaqatala sakini Əli Osmanov ağır xəsarət alıb və xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью