Zaqatalada AĞIR QƏZA Yaralananlar var FOTO VİDEO

04.07.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Zaqatalada avtomobillərin toqquşması xəsarətlə nəticələnib.
Rayonun Yuxarı Tala kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "KIA" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar “VAZ-2106” markalı avtomobilin sürücüsü, Zaqatala rayonunun Çobankol kənd sakini, 1984-cü il təvəllüdlü Fuad Məmmədov, onun 2020-ci il təvəllüdlü azyaşlı övladı Yağmur Məmmədova, anası, 1959-cu il təvəllüdlü Ağsurə Məmmədova, həmçinin “KIA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əli Muxtarovdur.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib və onların müalicəsi davam etdirilir. 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью