Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İki ilə yaxındır ki, Zaqatalada arıçılıq təsərrüfatında kütləvi şəkildə tələfat müşahidə olunur.
Mütəxəssislər Azərbaycan Televiziyasına (AzTV) bildirirlər ki, respublikanın hər yerində olduğu kimi, ümumilikdə 60 faiz tələfat var.
Zaqatalada arı təsərrüfatlarında kütləvi tələfat - Səbəb nədir?
Bildirilib ki, bu rəqəm yaz aylarında daha da artacaq.
Arı ailələrinin məhv olmasının əsas səbəblərindən biri də onlarda virusların artmasıdır.
Mütəxəssislər qeyd edirlər ki, əvvəllər bir təknədə minlərlə arı olduğu halda hazırda bu rəqəm üçdə birə qədər enib.
Viruslar səbəbindən arılar zəifləyir və getdikcə məhv olurlar.
Bu məhvolma da öz növbəsində təsərrüfatlarda məhsuldarlığın aşağı enməsinə gətirib çıxarır.