Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb

06.12.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində baş verib. Rayonun Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova minik avtomobili tərəfindən vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью