Zaqatalada avtomobil aşdı: iki nəfər yaralandı

08.02.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zaqatala şəhərinin mərkəzində, Bayraq meydanında minik avtomobili aşıb.

Axar.az Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir ki, qəza nəticəsində Balakən rayon Mahamalar kənd sakini, 33 yaşlı Orxan Paraşov və Zaqatala rayon sakini, 36 yaşlı Sabir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxananın cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью