Zaqatalada avtomobil körpüdən aşıb, xəsarət alanlar var VİDEO

29.05.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17 radələrində rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində sürücü A. Şabanov və sərnişin, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью