Zaqatalada avtomobil piyadanı vurub

24.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Zaqatala, 24 may, AZƏRTAC

Zaqatalada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünən saat 20 radələrində Zaqatala şəhərində Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub. Xəsarət alan piyada Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью